24000 kq yararsız ət geri qaytarılıb -

Cari ilin 9 ayı ərzində 24 000 kq yararsız ət məhsulu ixracatçı ölkəyə geri qaytarılıb.

Metbuat.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sektor müdiri Samir Rüstəmli bildirib.

Onun sözlərinə görə, 16 müraciətə karantin tətbiq edilən orqanizmin aşkarlanması ilə bağlı imtina verilib:

“Karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq 105 572 kq məhsul məhv edilib, habelə 925.4 ton məhsul müxtəlif üsullarla (fumiqasiya, termik emal, ələnmə və s.) zərərsizləşdirilib”.

S.Rüstəmli əlavə edib ki, ilk 9 ay ərzində 19 997 qida təhlükəsizliyi sertifikatı verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR