İsveçrənin Cenevrə şəhərində Suriya Konstitusiya Komitəsinin toplantısı başlayıb.
Metbuat.az BBC-yə istinadən xəbər verir ki, toplantının açılışını edən BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Otto Pederson zalda müxalifət və hökumət nümayəndələrinin üz-üzə əyləşdiyini və bunun tarixi an olduğunu bildirib.
Onun sözlərinə görə, toplantının məqsədi yeni konstitusiyanın hazırlanmasıdır.
Anar Türkeş / Metbuat.az