Türkiyə Böyük Millət Məclisi ABŞ-ın Nümayəndələr palatasının qondarma “erməni soyqırımı”na dair qərarı ilə bağlı qətnamə qəbul edib.
Metbuat.az Axar.az-a istinadən xəbər verir ki, qətnamədə Türkiyə əleyhinə qəbul edilən qərar qınanılıb və rədd edilib.
Qeyd edilib ki, sözügedən qətnamə tarixi gerçəkliyi təhrif etmək cəhdidir.