Bakı, 15 may, Zərəngiz Mansurova, AZƏRTAC
Mayın 15-də Üzeyir Hacıbəylinin ev-muzeyində dahi bəstəkarın “Azərbaycan musiqisinin əsasları” kitabının ilk nəşrinin 70 illiyinə həsr edilən elmi-konfrans öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, əməkdar incəsənət xadimi Sərdar Fərəcov dahi bəstəkarın uzaqgörənliklə qələmə aldığı, 1945-ci ildə nəşr edilmiş kitabın təkcə Azərbaycan və türkdilli xalqlar üçün deyil, bütün Şərq dünyası və Avropa musiqişünasları üçün qiymətli, layiqli bir tədqiqat əsəri olduğunu söyləyib. Bildirib ki, Üzeyir Hacıbəyli bu əsərində milli musiqişünaslığın əsasını qoyub, eyni zamanda Şərq musiqisi ilə Avropa musiqisinin sintezinə dair qiymətli fikirlər söyləyib.

