Bu ilin yanvar-avqust aylarında Azərbaycan 468 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır.
Son 1 ildə avtobus idxalına çəkilən xərc isə 64,95% artaraq 71,3 milyon ABŞ dollarına yüksəlib.