Qar, yağış, külək... - SABAHIN HAVASI

Qar, yağış, külək... - SABAHIN HAVASI
13:03 31 Oktyabr 2019
201 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 13-15, Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında yağışın intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 15-19, dağlarda gecə 2-5, gündüz 6-9 dərəcə isti təşkil edəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ekologiya2/294712.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR