Bakı. İlhamə İsabalayeva - Trend:
Ötən gün Yeni Ramana yolunda iki sərnişin avtobusunun toqquşması nəticəsində 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri ilə 9 nəfər gətirilib.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, yaralılara lazımi tibbi yardım göstərilib:
"Səhər saat 09:00 üçün xəstəxanadan verilən məlumata görə, lazımı tibbi yardım göstərildikdən sonra bütün xəstələr ambulator müalicəyə buraxılıblar".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin