Əlilliyi olan şəxslərə daha 23 növ reabilitasiya vasitəsi veriləcək

Əlilliyi olan şəxslərə daha 23 növ reabilitasiya vasitəsi veriləcək
13:43 1 Noyabr 2019
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısının və əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsi hazırlanıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, layihədə əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısına yeni 23 növ reabilitasiya vasitəsi də əlavə edilib.

Belə ki, tibbi göstəriş olduğu halda əlilliyi olan şəxslərə mühərrikli təkərli oturacaq (motorlu araba) verilməsi də nəzərdə tutulub. Bununla bağlı həmin şəxslərə mühərrikli təkərli oturacağın idarə edilməsi bacarıqlarına yiyələnmələri üçün Nazirlik tərəfindən əvvəlcədən təlimlər təşkil ediləcək. Yeni layihədə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı xüsusi fərqlənməklə sağlamlıq imkanlarını itirmiş (döyüş zamanı yaralanıb ətrafını itirmiş) əlilliyi olan şəxslərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi nəzərdə tutulur.

Reabilitasiya vasitələri sırasına əlavə edilməsi nəzərdə tutulan vasitələrin sırasına yataq xəstələri üçün çarpayı, səs, göz, diş protezləri, “danışan kitab” və s. daxildir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3142537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR