Azərbaycanlı deputatın qalmaqallı fikirləri türk mediasında yer aldı -

Deputat Araz Əlizadənin İTV-də yayımlanan 3D proqramında qonaq olarkən səsləndirdiyi fikirlər Türkiyə mediasının da diqqətini çəkib.

Metbuat.az xəbər verir ki, "Haberler.com", "Sondakika.com" kimi saytların onun verilişdəki sözlərini "skandal fikirlər" adlandırıblar. Həmçinin türk vətəndaşlar da sosial şəbəkələrdə bu görüntüləri paylaşaraq tənqidlər yazıblar.

Qeyd edək ki, sözügedən verilişdə aparıcı Dadaş Dadaşlinskinin suallarını cavablandıran Araz Əlizadə Osmanlı imperiyası haqqında bir neçə fikir səsləndirib. Aparıcının verdiyi "siz demisiniz ki, Nuru Paşa qızıl müqabilində Türkiyədən gələrək, Bakını azad edib. Hətta ermənilərlə aramızda olan münasibət Osmanlı türklərinə görə olub?" sualına Araz Əlizadə cavab verib ki, Osmanlı ordusu muzdlu ordu idi. "Muzdlu ordu da pul olmasa, heç vaxt müharibəyə getməz və girişməz. Burda qəbahət birşey yoxdur".

Deputat Türkiyə ilə Azərbaycanın qardaş ölkə olmadığını da söyləyib:

“Türkiyə ilə Azərbaycan arasında olan qan qruplarındakı elementlerə nəzər salsaq görərik ki, bir-birlərinə heç uyğun gəlmirlər. Türklər Asiyadan gəlmədirlər, onlar sarı irqə məxsusdur. Azərbaycanlılar isə, Hind-Avropa irqinə aiddir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR