Bakıda əlverişsiz hava yol qəzasına səbəb olub

Bakıda əlverişsiz hava yol qəzasına səbəb olub
21:22 2 Noyabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda əlverişsiz hava yol qəzasına səbəb olub.
"Report" xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
"BMW" markalı avtomobil prospekt ərazisində hərəkətdə olarkən sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı səkiyə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. 
Qəza ilə əlaqədar prospektdə tıxac yaranıb.
Hadisəyə paytaxtdakı yağışlı və küləkli hava şəraitinin səbəb olduğu bildirilir.
Ramin Şahbazov

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-elverissiz-hava-yol-qezasina-sebeb-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR