Bolqarıstan Avropa İttifaqında 5G-ni tətbiq etmək niyyətində olan ilk ölkələrdəndir

Bolqarıstan Avropa İttifaqında 5G-ni tətbiq etmək niyyətində olan ilk ölkələrdəndir
07:12 3 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bolqarıstan Avropa İttifaqına üzv ölkələr arasında 5G texnologiyasını tətbiq edəcək ilk dövlətlərdən biri olmaq niyyətindədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin vitse-prezidenti Mariyana Nikolova mobil operatorların gələcəyinə həsr edilən tədbirdə deyib.

Bildirilib ki, 2023-cü ilədək ölkədə rəqəmsal idarəetmə, şəbəkə və informasiya təhlükəsizliyi sahəsində işlər yeni mərhələyə qədəm qoyacaq. Bu istiqamətdə artıq müsbət nəticələr əldə olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/799183.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR