Azərbaycanda uşaqlarına dağ basan anaya cinayət işi açıldı

Azərbaycanda uşaqlarına dağ basan anaya cinayət işi açıldı
15:42 4 Noyabr 2019
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Daşkəsən rayonunda öz övladlarına qaz sobasında qızdırılmış əşya ilə xəsarətlər yetirən qadına cinayət işi açılıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, araşdırmalar nəticəsində Elmira Pavlovaya Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsilə cinayət işi başlanılıb.

Hələlik saxlanılan yoxdur. 

Qeyd edək ki, bir müddət əvvəl E.Pavlovanın atası Saday Əlirzayev Daşkəsən Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, qızı azyaşlı övladları - 2010-cu il təvəllüdlü H. və 2012-ci il təvəllüdlü Ə.-yə xəsarət yetirib.

Uşaqlar atasından ayrı yaşayır. Qadın siqaret çəkir və içki audəçisidir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/799566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR