Cinayət törətdiyinə görə 48 nəfər tutulub

Cinayət törətdiyinə görə 48 nəfər tutulub
17:28 16 Yanvar 2015
89 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc 
Yanvarın 15-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 74 cinayət faktından 32-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 19 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında qeydə alınan 4 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.
Cinayət törətdiyinə görə 48 nəfər tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cinayet_toretdiyine_gore_48_nefer_tutulub-825344

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR