Bakıda 81 yaşlı kişi qəza törətdi: ana və 2 yaşlı oğlu öldü

Bakıda 81 yaşlı kişi qəza törətdi: ana və 2 yaşlı oğlu öldü
10:22 5 Noyabr 2019
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Binəqədi rayonu ərazisində yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Sumqayıt-Novxanı yolunda qeydə alınıb.

Bakı şəhər sakini, 1938-ci il təvəllüdlü Əliyev Şamil Əlihüseyn oğlu idarə etdiyi "Volvo" markalı 10 UU 509 dövlət nömrə nişanlı avtomobillə Goradil bağlar massivindən Sumqayıt-Novxanı dairəvi yoluna çıxarkən həmin yolla hərəkət edən 1964-cü il təvəllüdlü Quliyev Mehman Dadaş oğlunun idarə etdiyi "Hyundai" markalı 10 VP 841 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində hər iki avtomobil deformasiyaya uğrayıb, "Hyundai" markalı avtomobildə olan sərnişinlər, 1994-cü il təvəllüdlü Rüstəmova Türkanə Məmməd qızı və onun övladı, 2017-ci il təvəllüdlü Quliyev Yusif Orxan oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hər iki yaralı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/799764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR