Dekabr ayında 2 gün qeyri-iş günü olacaq.

Metbuat.az xəbər verir ki, ayın 23-də bələdiyyə seçkiləri keçiriləcək.

Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, həmin gün Azərbaycan ərazisində qeyri-iş günü hesab olunacaq.

Dekabrın 31-də isə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olduğundan qeyri-iş günüdür.