Müğənni Fədayə Laçın azadlığa çıxması münasibətilə yığıncaq təşkil edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxt məkanlarının birində keçirilən gecədə sənət dostları Fədayəni tək qoymayıb. Müğənni uzun fasilədən sonra səhnəyə də çıxıb.

Qeyd edək ki, Fədayə Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub, bu il oktyabrın 29-da azadlığa çıxıb. İfaçı "Qoca" ləqəbli kriminal aləm üzvü Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasında kömək etdiyi üçün həbs olunmuşdu.

Milli.Az