“Banu” verilişinin aparıcısı Günel Həsənzadənin yeni fotosu yayılıb.

Metbuat.az xəbər verir ki, şəkli aparıcı Nail Kəmərli sosial şəbəkədə paylaşıb. O, Günellə birgə fotosuna “Günel sağdır, ölməyib” şərhini yazıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Günel Həsənzadənin xaricdə müalicə aldığı xəstəxanada vəfat etdiyi barədə məlumat yayılmışdı. Sonradan bu xəbər təkzib olunub.