Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında Ersoy Ulubey obrazı ilə tanınan aktyor Ümit Acarın son görüntüləri maraqla qarşılanıb.

Metbuat.az xəbər verir ki, aktyor bu dəfə qızı Doğa Acarın sosial şəbəkədə paylaşdığı görüntülərlə gündəmə gəlib. Ata və qızın səmimi söhbətini əks etdirən video izləyicilərin diqqətini çəkib.

Paylaşımın yayılmasından sonra Ümit Acarın illər ərzindəki görünüşündə baş verən dəyişikliklər sosial şəbəkələrdə müzakirə olunub. Bəzi istifadəçilər aktyorun yaşlandığını bildirərək onun indiki görünüşü ilə bağlı şərhlər yazıblar.

Qeyd edək ki, Ümit Acar uzun illərdir Türkiyə televiziya məkanında fəaliyyət göstərir. O, xüsusilə “Kurtlar Vadisi Pusu” serialında canlandırdığı Ersoy Ulubey obrazı ilə tamaşaçıların yaddaşında qalıb.