Rusiyada bəzi elektrik avadanlıqlarının istifadəsi qadağan edilə bilər

Rusiyada bəzi elektrik avadanlıqlarının istifadəsi qadağan edilə bilər
15:42 6 Noyabr 2019
50 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Dövlət Dumasının qəbul etdiyi qanuna görə, bundan sonra ölkədə istifadə olunan bütün smartfonlar, kompüterlər və "ağıllı televizorlar" yerli proqramlarla təchiz olunmalıdır, əks təqdirdə onların istifadəsi qadağan ediləcək. 
"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir. 
Bununla belə, qanunun qüvvəyə minməsi üçün Rusiyanın Federasiya Şurası və prezident Vladimir Putin onu təsdiqləməlidir. 
Xatırladaq ki, Rusiyada satılan xarici telefonlarda yerli axtarış və mesajlaşma tətbiqlərinin yüklənməsi bir müddət əvvəl də müzakirə olunub. Yerli texnologiya şirkətləri təşəbbüsü dəstəkləsə də, "Apple", "Samsung" və "Huawei" təşəbbüsün əleyhinə çıxıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/rusiyada-bezi-elektrik-avadanliqlarinin-istifadesi-qadagan-edile-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR