Gecə saatlarında Bakıda sürücüyə qarşı quldurluq edən şəxs tutuldu

Gecə saatlarında Bakıda sürücüyə qarşı quldurluq edən şəxs tutuldu
16:17 6 Noyabr 2019
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda sürücüyə qarşı quldurluq edən şəxs saxlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində baş verib.

Noyabrın 6-da saat 00:30 radələrində Nəsimi rayonu Cavadxan küçəsində E.Cəfərova məxsus avtomobildə onu bıçaqla hədələyərək quldurluq yolu ilə avtomobili ələ keçirmək istəyib. E.Cəfərovun şikayəti əsasında hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən, paytaxt sakini 1987-ci il təvəllüdlü C.Zeynalov tutulub.

Araşdırmalar zamanı məlum olub ki, C.Zeynalov əvəllər Cinayət Məcəlləsinin 221, 177, 234-cü maddələri ilə məhkumluq həyatı yaşayıb və 2015-ci ildən azadlığa buraxılıb.

Bakı Şəhər Baş Polis İdarəsinn Mətbuat xidmətindən Trend-ə faktı təsdiqləyiblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/800219.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR