“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin yüksək vəzifəli işçisi bildirib.
Vurğulanıb ki, bu iki təşəbbüs NATO-dakı əsas müttəfiqlə münasibətlərin kəskinləşməsinə səbəb olar.
“Türkiyənin Suriyada apardığı hərbi kampaniyaya cavab olaraq Nümayəndələr palatasına ötən həftə qəbul edilən sanksiya ABŞ-ın əl-qolunu bağlayar”, - deyə Departamentin nümayəndəsi vurğulayıb.
O, ABŞ prezidenti Donald Trampın bu sənədlərə veto qoyub-qoymayacağına aydınlıq gətirməkdən imtina edib.
Qeyd edək ki, oktyabrın 29-da palata Türkiyəyə qarşı sanksiyaların tətbiqi və “erməni soyqırımı”nın tanınması barədə iki qətnamə qəbul edib.