Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50103176S dövlət qeydiyyat nömrəli, 170 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Metbuat.az-a bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5351 AZN (6.01%) olan 24 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 664,086,300.00 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99.5351 AZN (6.01%), orta ölçülmüş qiyməti 99.5351 AZN (6.01%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 000 000.00 AZN təşkil edib.

Notların ödəmə tarixi 05.12.2019-cu ildir.