Qırğızıstanın paytaxtı Bişkekdə partlayış baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, partlayış paytaxt kafelərindən birində qeydə alınıb. Məlumata görə, ardıcıl olaraq 3 partlayışdan sonra kafedə yanğın başlayıb.

İlkin məlumata görə, partlayış nəticəsində 10 nəfər yaralanıb. Partlayışa səbəb kimi qaz balonunun partlaması göstərilir.

Milli.Az