Mariya Zaxarova nasistlərlə əməkdaşlıq edən şəxslərin bəzi ölkələrdə milli qəhrəman səviyyəsinə yüksəldilməsi barədə

Mariya Zaxarova nasistlərlə əməkdaşlıq edən şəxslərin bəzi ölkələrdə milli qəhrəman səviyyəsinə yüksəldilməsi barədə
16:29 8 Noyabr 2019
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Ləman Zeynalova - Trend:

Nasizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizə ilə bağlı qətnamənin qəbul olunması xüsusi aktuallıq qazanır.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş qətnaməni şərh edərkən deyib.

M.Zaxarovanın sözlərinə görə, həmin qətnamə ilə bağlı səsvermənin nəticələri onu göstərir ki, Rusiyanın təqdim etdiyi təşəbbüslərin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi ənənəyə çevrilir:

“Qətnamənin qəbul olunması 2020-ci ildə İkinci Dünya Müharibəsində qələbənin 75-ci ildönümü ərəfəsində daha da aktuallıq qazanır. Bu vacib qətnamənin dəstəklənməsi aydın şəkildə təsdiqləyir ki, 1945-ci ildə əldə olunan qələbə BMT üzv dövlətlərinin birgə irsidir”.

M.Zaxarova qeyd edib ki, qətnamədə müxtəlif ölkələrdə faşizmlə mübarizə aparanlara qarşı davam edən müharibə və bunun son zamanlarda daha geniş vüsət almasından narahatlıq ifadə olunur:

“Bu sırada həm də nasistlərin tərəfində olanlara abidələrin açılması, adlarının küçələrə və məktəblərə verilməsi kimi addımlar da yer alır. Eyni zamanda İkinci Dünya Müharibəsi zamanı nasistlərlə əməkdaşlıq edən, hərbi və bəşəriyyətə qarşı cinayətlər törətmiş şəxslərin qəhrəman səviyyəsinə yüksəldilməsi ilə bağlı narahatlıq ifadə edilir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3146127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR