Sinqapurda şəhərin səkilərində elektrik skuterlərindən istifadə qadağan edilib

Sinqapurda şəhərin səkilərində elektrik skuterlərindən istifadə qadağan edilib
07:32 9 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Sinqapur hakimiyyəti şəhərin səkilərində elektrik skuterlərindən istifadəni qadağan edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni qanun cari il noyabrın 4-də qüvvəyə minib. Bu, elektrik skuterlərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayının artması ilə izah edilir. 31 dekabr 2019-cu il tarixinədək qanunu pozanlara xəbərdarlıq ediləcək. 2020-ci il yanvarın 1-dən isə piyada yollarında elektrik skuterləri ilə hərəkət edən şəxslər 1500 dollar məbləğində cərimə və ya 3 ay müddətinədək həbs cəzası ilə cəzalandırılacaqlar.

2019-cu ilin sentyabrında Sinqapurda elektrik skuteri və velosipedin toqquşması nəticəsində 65 yaşlı qadın ölüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/800485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR