Kürdəmirdə ağır qəza - YARALILAR VAR

Kürdəmirdə ağır qəza - YARALILAR VAR
12:48 10 Noyabr 2019
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik maşını ilə "Niva" markalı avtomobil toqquşub. Nəticədə "Niva"nın sürücüsü Şükürov Əfqan Səməd oğlu və onun sərnişinləri - Əliyev Vüqar Xancan oğlu və Qarayev Ayaz Bayılxan oğlu müxtəlif növ bədən xəsarati alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.(Report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/295717.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR