Bakı Avtovağzalında yenilik - 3 saatı 1 manata

Bakı Avtovağzalında yenilik - 3 saatı 1 manata
13:28 10 Noyabr 2019
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Beynəlxalq Avtovağzal Kompleksində saxlama kameraları yenilənərək istifadəyə verilib.

Publika.az Avtovağzal Kompleksinə istinadən xəbər verir ki, saxlama kameraları həftənin 7 günü, saat 07:00-dan 00:00-a qədər fəaliyyət göstərir. Kameralardan istifadə ödənişlidir. Yüklərin təhvil və təslim alınması zamanı şəxsiyyəti təsdiq edən sənəd göstərilməlidir. Yüklərin tərkibinə görə Bakı Avtovağzalı məsuliyyət daşımır.

Saxlama kameralarına tezalışan, tez xarab olan, ətrafı çirkləndirən yüklərin qoyulması qadağandır. Yüklərin dolabda saxlanılma saatından asılı olmayaraq, gecə yarısından sonra (00:00-dan sonra) 1 gün kimi hesablanır. Sərnişin yükü təqdim etdikdən sonra jeton verilir. Jetonun itirilməsinə görə isə 5 manat məbləğində cərimə tətbiq olunur.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/295718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR