Azərbaycanlı musiqiçi dünya səviyyəli müsabiqənin qalibi oldu – FOTO

Azərbaycanlı musiqiçi dünya səviyyəli müsabiqənin qalibi oldu – FOTO
10:38 11 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

1993-cü ildə Azərbaycanda doğulan, iki aylıqkən Türkiyəyə köçən, Ankarada böyüyüb başa çatan Çağdaş Təhsil Vəqfinin istedadlı musiqiçisi Camal Əliyev dünyanın ən nüfuzlu yarışlarından sayılan Konsert Sənətçiləri Gildiyasının (Concert Artists Guild) gənclər kateqoriyasında qələbə qazanıb.

Publika.az xəbər verir ki, bu münasibətlə həmyerlimizi Türkiyənin dünyada da tanınan məşhur musiqiçisi Fazil Say təbrik edib. O, gənc musiqiçiyə uğurlar arzu edib:

"Bravo Camal, sənə böyük bir bravo ... Böyük uğurlara imza atırsan, bunu haqq edirsən, çünki keyfiyyətli musiqi ilə yüksəklərə irəliləyirsən. Çox özəl yerlərə nail olacaqsan, yol uzun və çətindir, heç vaxt təslim olma".

Məlumat üçün bildirək ki, 1995-ci ildə Fazıl Say da Camal Əliyevin qalib olduğu müsabiqədə çıxış edib. Bu qələbə uğur qapılarını açaraq ona dünya şöhrəti qazandırmışdı.

Qeyd edək ki, beynəlxalq mükafatlar laureatı Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub. Camal Əliyev London Kral Musiqi Kollecində violonçel təhsili alıb.

O, musiqiçi ailəsində böyüyüb. Babası və ilk müəllimi Qara Əliyev ölkədə tanınmış skripkaçı olub. Eyni zamanda anası violonçel, atası skripkaçı, nənəsi isə pianoçu olub. Musiqiçilər Azərbaycan skripkaçısı və dirijoru, "Şöhrət" ordeni laureatı, Prezident təqaüdçüsü, Azərbaycan SSR xalq artisti Sərvər Qəniyevin dəvəti ilə Türkiyəyə köçüb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/art/295769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR