Xose Bernardo onu və qardaşını bıçaqlayanın kim olduğunu açıqladı

Qardaşımın vəziyyəti ağırdır. Həkimlərin səyi nəticəsində bir balaca da olsa, özünə gəlib. Reanimasiyadan bu gün səhər saatlarında çıxıb. Sabunçu xəstəxanasında müalicəsini davam etdirir. Qardaşımı Pirallahıdan Sabunçu xəstəxanasına təcili şəkildə gətirdilər.

Metbuat.az xəbər verir ki, bu sözləri teleməkanın tanınmış aparıcısı Xose Bernardo ATV-də yayımlanan “Bizimləsən” sosial-ictimai proqramda dilə gətirib.

Xose ötən gecə qardaşı Rəfael Hüseynov və özünün bıçaqlanmasının təfərrüatını danışıb:

“Ailəlikcə evdə oturmuşduq. Qardaşım qonşuya alət götürmyə gedirdi. Evdə iş görürdü. Qapıdan çıxanda beş dəqiqə keçmədi ki, qışqırıq səsləri gəldi. Qardaşım məni çağırdı. Bizdə də Pirallahıda bina yox həyət evidir. Qapıdan çıxanda gördüm ki, qardaşım qan içindədir.

Qardaşıma 15 bıçaq zərbəsi endirilib. Boğazından, ürəyinin altından, dalağına kimi bıçaqlanmışdı. Cərrahi əməliyyat keçirən qardaşımın dalağını həkimlər kəsib atıblar. Onu kim vurmuşdusa, həmin şəxs həyətdə idi. Onunla dalaşdım, amma güc gələ bilmədim. Çünki bədəncə məndən daha canlı idi. Əlində bıçağı olmasının sonradan fərqinə vardım. Gördüm ki, həmin bıçaq əlimə girib. Bu anda özümü itirdim. Səs küyə qonşularımız gəldi. Həmin şəxs isə həyətdən qaçdı getdi”.

Xose qardaşı ilə ona hücüm çəkib bıçaqlayan şəxsin qardaşının sevgilisinin keçmiş həyat yoldaşı olduğunu bildirib. Bernardo həmin şəxsin qardaşını öldürmək məqsədi ilə amansızcasına 15 bıçaq zərbəsi endirdiyini söyləyib:

“Məni və qardaşımı bıçaqlayan şəxs polis tərəfindən tutulub. Hazırda istintaq gedir. O, qardaşımın sevgilisinin keçmiş həyat yoldaşıdır. Anladığım qədər bu hadisə qısqanclıq zəmnində baş verib. Həmin şəxs iki ildir qardaşımın sevgilisindən ayrılıb və yenidən ailə həyatı qurub. O, qapıdan 38 yaşlı qardaşımı güdürmüş. Səhv etmirəmsə, bizi bıçaqlayan şəxs içkili idi. Qardaşımı öldürmək istəyib. Amansızcasına qardaşıma zərbələr vurub. Məqsədi onu öldürmək olub”.

Xose Bernardo verlişin gedişatında sabah qolundan əməliyyat olunacağını vurğulayıb: “Sabah özüm qolumdan cərrahi əməliyyat olunacam. Bıçaq əlimin bir tərəfindən girib, digər tərəfindən çıxıb. Bir də ayağımdan bıçaqlanmışam”. / Oxu.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR