Gemballa-dan yeni hiperkar

Gemballa-dan yeni hiperkar
08:42 12 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Porsche, McLaren, Ferrari və Mercedes-Benz kimi şirkətlərlə işləyən Gemballa tüninq atelyesi yeni hiperkarın fotosunu paylaşıb. Sonxeber.az-ın məlumatına əsasən, yeni hiperkar Bugatti Chiron kimi superkarlar üçün ciddi rəqibə çevriləcək.
Hələlik hiperkara ad verilməyib. Amma onun bəzi texniki xarakterstikası artıq məlumdur. İddia edilir ki, yeni model yerindən 100 km/saat sürəti 2.5, 200 km/saat sürəti isə 6.5 saniyəyə yığır. Aqreqatın 800 at gücündən daha üstün olacağı ehtimal edilir.
Əgər hər şey planlaşdırıldığı kimi getsə, Gemballa 2022-ci ildə ilk hiperkarını satışa buraxacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/800999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR