Mingəçevirdə mənzillərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb (FOTO)

Mingəçevirdə mənzillərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb (FOTO)
14:15 12 Noyabr 2019
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Bakı şəhər sakini Rafiq İsmayılov Mingəçevir ŞPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evindən oğurluq edilməsi ilə bağlı məlumat verib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Anar Həsənov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq əməlini etiraf edib.

Ətrafında aparılan araşdırmalar nəticəsində A.Həsənovun digər cinayət əməllərində də əlinin olduğu aşkarlanıb. Belə ki, saxlanılan şəxsin bir neçə gün öncə daha 3 vətəndaşa məxsus fərdi yaşayış evinə daxil olaraq oğurluq etdiyi məlum olub. Oğurlanan əşyaların müəyyən bir qismi maddi sübut kimi götürülüb.

Faktlarla bağlı olaraq Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3147272.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR