Ən tez paslanan xarici avtomobillərin adları AÇIQLANDI

Avtomobil ekspertləri daha tez paslanan xarici maşınların siyahısını hazırlayıb.

Mütəxəssislər reytinqə buraxılış tarixi 5-dən 14-ə qədər olan maşınları daxil ediblər.

Məlumata görə, 2006-cı ildən 2010-cu ilədək buraxılan Amerikanın Ford Mondeo avtomobili korroziyaya ən davamlısıdır. 5 il istismar müddətində bu maşında demək olar paslanma yaranmır, kiçik fokuslar yalnız altında, çölündə və təkər tağlarında görünə bilər.

Reytinqdə “gümüş” 2005-2008-ci illərdə istehsal olunan Yaponiyanın GG-nin 6 nəslindən olan “Mazda”nın bəxtinə düşüb. Reytinqin liderindən fərqli olaraq, 6 il istismarından sonra bu avtomobildəki "göbələkləri" qanadlarda və qapılarda görmək olar.

Üçüncü sıranı yığımı Avropada aparılan Yaponiyanın birinci nəsil “Nissan Almera” tutur. Bu avtomobillərdə korroziya istismardan artıq 3-4 il sonra ortaya çıxır.

Almaniyanın “Opel Astra”sı dördüncü yerdədir: kifayət qədər yavaş “çürüməsinə” baxmayaraq, illər ərzində demək olar gövdə hissələri zəifləyir.

Antireytinqin lideri Çinin istehsalı olan və 2011-2013-cü illərdə buraxılan Geely Emgrand X7-dir. Onun hissələri istismarın artıq birinci ilində paslanmağa başlayıb.(Lent.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR