Türkiyədə daha bir ailənin üzvləri SİANİDDƏN zəhərlənərək ölüblər

Türkiyədə daha bir ailənin üzvləri SİANİDDƏN zəhərlənərək ölüblər
14:05 15 Noyabr 2019
120 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulun Bəkirköy rayonunda bir ailənin 3 üzvü sianidlə zəhərlənmədən ölüblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ölənlər arasında 1 nəfər azyaşlı da var. Hadisə yerinə polis cəlb olunub. Faktla bağlı araşdırmalar başlayıb.

Qeyd edək ki, daha öncə Antalyada bir ailənin 4 üzvü sianiddən zəhərlənərək ölmüşdü. İstanbulda da eyni hal baş vermişdi. Bir ailənin 4 üzvünün zəhərləndiyi mənzilin qapısının üzərinə isə "Daxil olmayın! Polisə zəng edin, mənzildə sianid var" sözləri yazılmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/802469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR