İstilik problemi həll olundu - "Azəriqaz” qazanxanaların təbii qaz təchizatını bərpa etdi

İstilik problemi həll olundu - "Azəriqaz” qazanxanaların təbii qaz təchizatını bərpa etdi
15:37 16 Noyabr 2019
71 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azəriqaz" İstehsalat Birliyi "Azəristiliktəchizat" ASC-nin ona borclu olmasına baxmayaraq, qazanxanaların təbii qaz təchizatını bərpa edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Trend-ə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib.

O, bildirib: "Azəristiliktəchizat"ın "Azəriqaz"a 29 milyon manatdan çox borcu var. Buna görə də qazanxanaların qaz təchizatı dayandırılmışdı. Bununla belə, təchizatı bərpa etdik".

Xatırladaq ki, "Azəristiliktəchizat" ASC noyabrın 1-dən ölkənin ucqar rayonlarında, noyabrın 15-dən isə Bakı və ətraf ərazilərdə qış rejiminə keçidlə bağlı binalara istiliyin verilməsinə başlamalı idi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/802843.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR