Tualet növbəsində tanış olan məşhur cütlük 16 illiyini qeyd etdi - FOTO

Tualet növbəsində tanış olan məşhur cütlük 16 illiyini qeyd etdi - FOTO
19:22 16 Noyabr 2019
119 Maraqlı
Ölkə mətbuatı
A- A+

35 yaşlı Mark Zukerberq və 34 yaşlı Prisila Çan tanışlıqlarının 16-cı ilini qeyd edib.

Milli.Az xəbər verir ki, Mark sosial şəbəkədə əlində şampan qədəhi ilə şəklini paylaşaraq xanımına olan məhəbbətini ifadə edib:

"16 il əvvəl bu gün həyatımda ən vacib hadisələrdən biri baş verdi. Yubileyimiz mübarək!"

Qeyd edək ki, Zukerberq və Çan 2003-cü ildə Harvard Universitetində oxuyarkən tanış olub. Onların tanışlığı tələbə təşkilatının məclisində - tualet növbəsində baş verib.

"O, daim özünəqapalı darıxdırıcı oğlan idi", - deyə milyarderin xanımı bir müsahibəsində etiraf edib.

İkinci kursda oxuyarkən Mark tələbələrin diqqətini cəlb edən "Facemash" layihəsi hazırlayır. Bu layihə onların yaxınlaşması üçün ikinci fürsət yaradır:

""Facemash" olmasaydı, Prisila ilə görüşməzdim. O, mənim həyatımdakı ən vacib insandır", - deyə Zukerberq xanımı haqqında danışarkən deyib.

Mark və Prisila 19 may 2012-ci ildə ailə qurub. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/802807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR