Küveytin baş nazir əvəzi yeni hökumət qurmaqdan imtina edib

Küveytin baş nazir əvəzi yeni hökumət qurmaqdan imtina edib
16:32 18 Noyabr 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Küveytin baş nazir vəzifələrini müvəqqəti icra edən şeyx Cabar əl-Mübarək əl-Həməd əs-Sabah əmirin yeni hökumət yaratmaq təklifinə imtina cavabı verib.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Noyabrın 14-də baş nazir vəzifəsindən istefa verən, ancaq əmirin qərarı əsasında Nazirlər Kabinetinin yeni rəhbəri seçilənə qədər baş nazir vəzifələrini müvəqqəti icra edəcək şeyx Cabar imtinasının səbəblərini açıqlamayıb. 
Küveyt KİV-nin məlumatına görə, Küveyt əmiri şeyx Sabah əl-Əhməd əl-Cabar əs-Sabah bir neçə saatdan sonra hökumətdəki mövcud vəziyyətlə əlaqədar xalqa müraciət edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kuveytin-bas-nazir-evezi-yeni-hokumet-qurmaqdan-imtina-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR