2022-ci ildə milyonlarla insan məhv olacaq -

Elm dünyası NASA-nın verdiyi açıqlamadan danışır.

Metbuat.az xarici mediyaya istinadla bildirir ki, NASA dünyaya yaxınlaşmaqda olan bir asteroid olduğunu bildirib. Verilən məlumata görə, bu göy daşının marşrutunda dəyişiklik olmasa 2022-ci ildə dünyaya enəcək.

"JF1" adı verilən göy daşı Misirdəki Keops piramidası böyüklükdədi.

6 may 2022-ci ildə dünyaya ən yaxın mövqeyə yaxınlaşması gözlənilən göy daşının yerə endikdə 230 tonluq bir nüvə enerjisinə bərabər bir təxribat yarada biləcəyi düşünülür. NASA mütəxəssisləri bu fəlakətlə bir şəhərin tamamilə yox ola biləcəyini və milyonlarla insanın həyatını itirə biləcəyini deyib. Bu asteroidin dünyada hansı ölkəyə və şəhərə düşə biləcəyinə dair məlumat verilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR