Səudiyyə Ərəbistanı ilə Husilər arasında

Səudiyyə Ərəbistanı hökuməti ilə Yəmənin şimal əyalətlərini nəzarətdə saxlayan Husi üsyançıları arasında gizli görüşlər həyata keçirilir.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Ər-Riyadda Yəmən hökuməti ilə Cənubi Keçid Şurası arasında əldə edilmiş sazişdən sonra toqquşmalar nisbətən səngiyib. İddialara görə, gizli görüşlər Səudiyyə Ərəbistanına məxsus neft zavodlarına təşkil edilən hücumlardan sonra başlayıb.

Hazırda görüşlərin yüksək rütbəli şəxslər arasında davam etdiyi irəli sürülür.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR