Hindistanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

18:53 16 Yanvar 2015
108 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Yanvarın 16-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Hindistanın ölkəmizdəki səfiri Vinod Kumarla görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub, iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün əlverişli imkanların olduğu qeyd edilib.
Səfir Vinod Kumar diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Elmar Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzu edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hindistanin_Azerbaycandaki_sefirinin_diplomatik_fealiyyeti_basa_chatir-825387

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR