Yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi elektron xidmətlərdən istifadəni genişləndirəcək

19:03 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Texnologiyaların inkişafı, tanıma cihazlarının, informasiya oxuyan vasitələrin yaradılması, həmçinin cihaz tərəfindən oxuna bilən elektron informasiya ceşidlərinin artırılması elektronlaşan ictimai vasitələr sırasına şəxsiyyət vəsiqəsinin də əlavə olunmasına zərurət yaradır. Yeni vəsiqələr şəxsiyyəti identifikasiya etməklə yanaşı, həmçinin elektron sənədlərin imzalanmasında da istifadə ediləcək.
Bu barədə AzərTAc-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov məlumat verib.
Bildirilib ki, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (cip) yerləşdiriləcəkdir. Həmçinin, bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeni_nesil_sexsiyyet_vesiqelerinin_tetbiqi_elektron_xidmetlerden_istifadeni_genislendirecek-825391

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR