Prezident İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama əsasən, Sumqayıt şəhərinin 70 illiyi münasibətilə və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilir:

Aslanov Fuad Alxan oğlu

Əliyev Şəfa Tiflis oğlu

Mahmudov Əvəz Cəlal oğlu.

Milli.Az