BDU-nun rektoru zəhərlənən tələbələrə görə xəstəxanaya gəlib
Paylaş
125 baxış·1 dəq oxu
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev universitetin 2 saylı yataqxanasında zəhərlənmə hadisəsində zəhərlənən tələbələrə baş çəkmək üçün 1 saylı Kliniki Tibbi Mərkəzə gəlib. Bu barədə “Report”un xəstəxanada olan əməkdaşı məlumat verib. Hazırda tələbələrdən birinin vəziyyəti daha ağırdır.