Dörd nəfər güllələndi -

Türkiyənin Batman vilayətində Özərdəm ailəsi torpaqla bağlı məsələni həll etmək üçün Ədliyyə İdarəsinə gəliblər.

Metbuat.az “CNNTürk”ə istinadən bildirir ki, Ədliyyə İdarəsinin qabağında qohumlar arasında mübahisə silahlı davaya çevrilib.

Nəticədə, 29 yaşlı Əbdüləziz Özərdəm ölüb, digər üç qohum - 20 yaşlı Əbdülqədir Özərdəm, 24 yaşlı Nihad Özərdəm və 26 yaşlı Ərdəm Özərdəm yaralanıb.

Yaralılar xəstəxanya yerləşdirilib.

Silahlı davada iştirak edən digər şəxsləri polis nəzarətə götürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR