"Formula 1" mühəndisləri dünyanın ən sürətli traktorunu hazırlayıblar

"Formula 1" mühəndisləri dünyanın ən sürətli traktorunu hazırlayıblar
17:17 21 Noyabr 2019
96 Digər
Ölkə mətbuatı
A- A+

“Formula 1”də yarışan “Williams” komandasının mühəndisləri dünyanın ən sürətli traktorunu hazırlayıblar.
“Report” xəbər verir ki, britaniyalılar buna “JCB Fastrac” modelini modernləşdirməklə nail olublar. Mühəndislər traktorun aerodinamik keyfiyyətlərini yaxşılaşdırmaq üçün 65 dəyişiklik ediblər. Həmçinin onun alt hissəsinə və kabinəsinə əl gəzdirilib.
Yenilənmədən sonra sürücü və televiziya aparıcısı Qay Martin traktoru maksimum 247.4 km /saat sürətlə idarə edib. İki sınaq yürüşündən sonra traktorun sürət həddi 217.5 km/saat olaraq müəyyənləşdirilib.
Bununla da “JCB Fastrac” dünyanın ən sürətli traktoru kimi Ginnesin Rekordlar Kitabına düşüb.



Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/formula-1-muhendisleri-dunyanin-en-suretli-traktorunu-hazirlayiblar-vi-deo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR