Aygün Kazımovanın qardaşı

Xalq artisti Aygün Kazımovanın həbsdə olan qardaşı Kazım Kazımzadənin azadlığa çıxması ilə bağlı məlumat yayılıb.

Metbuat.az bildirir ki, məsələ ilə bağlı Aygün Kazımova açıqlama verib.

O, qardaşının azadlığa çıxması xəbəri təsdiqləyərək, sevincli olduğunu dilə gətirib:

“Bəli, xəbər doğrudur. Ailəcə çox sevincliyik və bu sevinci bizimlə bölüşən hər kəsə, bu işdə bizə yardım olan bütün dostlarıma və vəkil Ramil Vəliyevə təşəkkür edirəm. Allah bağışladığı hər kəsin qapısını açsın”.

Qeyd edək ki, Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib. (oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR