Müşfiq Abbasovun evi əlindən alına bilər -

Təxminən 7-8 il öncə kütləvi informasiya vasitələrində ev alan şəxslərin işbazların toruna düşməsi barədə müxtəlif xəbərlər yayılırdı.

Metbuat.az BAKU.TV-yə istinadən xəbər verir ki, bir mənzili 5 nəfərə satan da var idi, müştərinin pulunu alıb ölkəni tərk edən də. Dövlət tərəfindən atılan addımlar bu cür hadisələri səngitsədə bu problemin kökündən həll edilməsi demək deyil. İndi də belə tora düşənlər var.

BAKU.TV-nin "Xəbər" buraxılışında yayımlanan sujetdə bildirilir ki, Tanınmış “Bu şəhərdə” komandasının ssenari müəllifi Müşfiq Abbasov 2013-cü ildə Gülrux Həsənovadan ev alıb. 3 il öncə evi satmaq istəyən ssenarist yaşadığı mənzilə həbs qoyulduğunu öyrənir. Daha sonra məlum olur ki, evin sənədləri də saxtadır.

"Bu evi 2006-ci ildə Həsənova Gülruxa öz xalasının həyat yoldaşı Həsənov Talehdən alıb. 2009 –cu ildə evi alan Taleh ölür. Öləndən sonra arvadı Həsənova Mehriban gəlib bacısı qızına deyir ki, ərim sənə alan evi qaytar. Mənimlə 2013-cü ildə alqı-satqıya gələndə onun çıxarışı var idi. Həmin çıxarışı verdi. 5 saylı notarius da alqı-satqını təsdiqlədi, əmlak komitəsidə mənə çıxarış verdi", - deyə Müşfiq Abbasov bildirib.

Müşfiq Abbasov məhkəməyə müraciət etsə də, problem həllini tapmayıb. Zərərçəkən məsələyə hüquqi qiymət verilməsini tələb edir.

“Ümid edirəm ki, indi işimizə baxacaq hakim vicdanlı - ədalətli qərar çıxardacaq. Apelyasiya məhkəməsinin qərarını ləğv edər. Vicdanlı alıcı kimi dövlətin mənə verdiyi zəmanəti də qoruyub saxlayar”.

"Ən çox xoşa gəlməz sözlər budur ki, “sən əziyyət çəkmə. Bizim filan yerdə adamımız var.” Yəni bu doğurdan xoşagəlməz bir şeydir. Hər bir Azərbaycan vətəndaşının güvəndiyi yer, arxalandığı yer onun dövlətidir, onun dövlət başçısıdır", - aktyor Rafael İsgəndərov bildirib.

Aktyor Coşqun Rəhimov isə məsələyə belə açıqlama verib: "Müşfiq olmasın başqası olsun. Çıxarışı Müşfiqə verən insan ki, var, ev notarial qayda da satılıb. Bəs o evi satan insan niyə məsuliyyət daşımır?".

Prosesin hansı qayda da başa çatacağına ən son qərarı Ali məhkəmə verəcək.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR