AFFA Yurçeviçlə yolları ayırır -

AFFA millinin baş məşqçisi Nikola Yurçeviçlə yolları ayırır.

Metbuat.az-ın xəbərinə görə, bu haqda qurumun baş katibi Elxan Məmmədov dövlət radiosuna müsahibəsində deyib: “Yurçeviç qarşısına qoyulan məqsədə nail ola bilmədi. Qrupda yuxarı yerlərdə olmaq şərti qoyulmuşdu. Lakin vəzifənin öhdəsindən gəlmədi. Yəqin ki, onunla yollar ayrılacaq”.

Xatırladaq ki, N.Yurçeviçin rəhbərliyi altında millimiz Avro-2020-nin seçmə mərhələsində qrupu 1 xal toplamaqla sonuncu yerdə başa vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR