“Dedovşina”ya görə səkkiz silahdaşını qətlə yetirən əsgər pulsuz müdafiə olunacaq

“Dedovşina”ya görə səkkiz silahdaşını qətlə yetirən əsgər pulsuz müdafiə olunacaq
20:17 22 Noyabr 2019
141 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyasının Zabaykal əyalətində yerləşən hərbi hissədə səkkiz hərbçi yoldaşını qətlə yetirən əsgər Ramil Şamsutdinovu müsəlman icmasından olan vəkillər müdafiə edəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyinə onun atası məlumat verib.

"Ötən gün Moskvada müsəlman icmalarını təmsil edən vəkillərlə görüşdüm. Onlar heç bir ödəniş edilmədən oğlumun müdafiəsində iştirak etmək istədiklərini bildirdilər", - məlumatda deyilir.

Göstərilən xidmətlərə rəğmən, Səlim Şamsutdinov vəkillərin səfər və yerləşmə xərclərini ödəməli olacağını deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/804409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR