Bu gün hava necə olacaq? -

Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Metbuat.az-a verilən məlumata görə, səhər çiskinli olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4°, gündüz 5-8° isti, Bakıda gecə 2-4°, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunundan 773 mm civə sütununa aşağı enəcək. Nisbi rütubət 80-90 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4° isti, gündüz 5-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR