ANS TV-də "Daha bir nağıl" devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutub.
Axşam.az-ın məlumatına görə, əməkdar artist Murad Dadaşovun müəllifi və aparıcısı olduğu proqramda iştirakçılar bu dəfə meyxanaçı Rəşad Dağlınını sms səsverməsinə çıxarıblar.
Meyxanaçı müğənni ABD Maliki oyundan uzaqlaşdıracağını deyərək, açıq oyun oynayıb.
Tamaşaçılardan R.Dağlı üçün səs istəyən Malik bunları deyib:
"Bu gün məni şoudan çıxarmaqla heç bir şey qazanmırsan. Mən Rəşadla finala qalıb, orada gücümü göstərmək istəyirəm. Məni çıxartma, finalda yarışaq. Rəşada böyük hörmətim var. Həmişə ona qulaq asmışam. Bu bir oyundur. Fikri nədir, onu da etsin".
R.Dağlı "Malik, əgər özünə, tamaşaçılarına arxayın deyildinsə, niyə bu yarışa gəlirdin? Bilmirsən burada "əjdahalar" yarışır?" deyə, cavab verib.
Sonda R.Dağlı 57,97 faiz səs yığaraq Maliki şoudan uzaqlaşdırıb.
M.Xanlarova bu gün aktyor Allahverdi Yolçuyevin şəklini atacaqlarını bildirib. O, eyni zamanda Rəşad Dağlının şəklinin atılmasını özünün təklif etdiyini bildirib.
Şouda iştirakını davam etdirənlər əməkdar artist Mehriban Xanlarova, müğənnilər Emil Bədəlov, Xatirə İslam, Samir Cavadzadə, aktyor Allahverdi Yolçuyev, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı və stilist Anar Ağakişiyevdir.
Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da yayımlanır.